Maqdeburq (Saksoniya-Anhalt) şəhərinin polisi avtomobilin Milad bazarına gələnləri vurması nəticəsində 4 nəfərin öldüyünü təsdiqləyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ümumilikdə 205 nəfər xəsarət alıb, onlardan 41-nin vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

Qeyd edəkki, cümə günü qara rəngli BMW markalı avtomobilin sürücüsü avtomobili Maqdeburqun mərkəzindəki Milad bazarında və onun uşaqlı valideynlərin çox olduğu hissəsində qəsdən insanların üzərinə sürüb. Saksoniya-Anhalt və Maqdeburq əyalətlərinin səlahiyyətliləri hadisəni terror aktı adlandırıblar.

Səudiyyə Ərəbistanından olan şübhəli Taleb A. 2006-cı ildən Almaniyadadır və daimi yaşayış icazəsi var. 2016-cı ildə həmin şəxs qaçqın statusu alıb və Bernburq şəhərində psixiatriya və psixoterapiya sahəsində həkim işləyib.

“Der Spiegel” jurnalına görə, 50 yaşlı Taleb A. Almaniyadakı Səudiyyə icmasında "görkəmli bir şəxs" olub. Eyni zamanda, sosial şəbəkələrdə o, sağçı Almaniya üçün Alternativ partiyasına rəğbət bəsləyib və hətta onunla bir növ “keçmiş müsəlmanlar üçün akademiya” yaratmaq üçün birgə layihə həyata keçirməyə ümid edirdi.

“Reuters” mənbələrinin məlumatına görə, Səudiyyə Ərəbistanı Almaniyanın hüquq-mühafizə orqanlarına Taleb A.-nın mümkün təhlükəsi və onun ekstremist baxışları barədə xəbərdarlıq edib. Terror aktından bir qədər əvvəl həmin şəxs öz bloqunda iddia edib ki, alman hakimiyyəti guya “gizli əməliyyat” keçirir, Səudiyyə Ərəbistanından “keçmiş müsəlmanları ovlayır”, suriyalı islamçılar isə Almaniyadan sığınacaq alırlar. Taleb A.-nın psixi problemləri də ola bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN