booked.net booked.net  

Bu dəfə də qələbə çalaraq prezident seçilən Rəcəb Tayyib Ərdoğan qələbə çıxışı edib.

Tezadlar.az CNN-türk-ə istinadla bildirir ki, Ərdoğan Ankarada Prezident Külliyəsinin qarşısına toplaşan minlərlə seçicisinə təşəkkür edib. “Mayın 14-də və 28-də həm daxildə, həm də xaricdə seçkilərə gedərək demokratiyamızın qüdrətini sübut etmiş hər bir vətəndaşa təşəkkür edirəm. Bu prosesdə ictimaiyyəti, partiya nümayəndələrini, seçki qutularının məsul işçilərini, müşahidəçiləri, polis əməkdaşlarını və seçkinin ən sağlam şəkildə keçirilməsi üçün çalışan hər kəsi təbrik edirəm.

Çoxpartiyalı siyasi həyatımızın ən mühüm seçkilərindən birində millətimiz Türkiyənin xeyrinə qərar verdi. Ancaq qalib olan yeganə biz deyilik, qalib Türkiyədir. Demokratiyamız qalib gəldi. Xatırlayırsınızsa, həmişə deyirdik ki, biz qalib gələndə ölkəmizdə heç kim uduzmayacaq”.

Ərdoğan bildirib ki, seçkilərdə məğlub olan çirkin ssenarilərin sahibləri, terror təşkilatlarıdır:

“İndi seçki dövrü ilə bağlı bütün mübahisələri, münaqişələri bir kənara qoyub, milli məqsədlərimiz, arzularımız ətrafında birləşməyin vaxtıdır. Biz bu çağırışı yalnız söz üçün deyil, bütün qəlbimizlə edirik. Türkiyənin gücünün 85 milyon insanın bir yerdə olmasından qaynaqlandığını bilirik. Bu gün mərhum Menderesin canından keçdiyi demokratiya və inkişaf həmlələrimizin ən yüksək səviyyəyə çatdığı gündür. Mərhum Özalın son nəfəsinə qədər davam etdirdiyi böyük Türkiyə arzusunun başlanğıc günüdür. Rəhmətlik Ərbakandan mərhum Türkeşə qədər gedən mübarizələrin hədəfinə çatdığı gündür...".

Ərdoğan qələbə çıxışında Azərbaycanı da unutmayıb...

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN