Ermənistan KİV-ləri təxribat xarakterli məlumatları tirajlamaqla məşğuldur. Məsələn, son günlər Ermənistanla Azərbaycan arasındakı sərhəd boyu rusiyalı sülhməramlıların yerləşdirilməsi barədə Nikol Paşinyanın təklifi ortaya atılıb.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarımızı cəmi 44 günlük müharibədə özümüzə qaytarıb, şil-küt edilmiş ordusu ilə baş-başa qalmış Paşinyan isə  təxribatlar silsiləsini davam etdirməkdədir. Bilə-bilə ki, bu, mümkünsüz işdir, Rusiyanın onsuz da başı öz problemlərinə qarışıb, Ermənistan adlı bir saxta ölkəyə vaxt ayırıb əlavə gərginlik ocağı yaratmağa ehtiyac yoxdur. Elə rusiyalı hərbi ekspert İqor Korotçenko da bu fikirdədir. Onun sözlərinə görə, rusiyalı sülhməramlılarının yerləşdiyi ərazilərdə Ermənistan hərbi qüvvələrinin qalması mövcud razılaşmaların pozulmasıdır: “Ermənistan məlum üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Onların başlıca məqsədi Azərbaycanla sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyasına dair sənəd imzalamamaq, Zəngəzur dəhlizi layihəsini həyata keçirməmək, bütövlükdə regionda nəqliyyat yollarının açılmasından boyun qaçırmaq üçün bəhanə tapmaqdır. Məhz bunun üçün sərhəddə təxribatlar törədilir. Bunlar Ermənistanın onillər boyu əl atdığı taktikadır... Bu, dünən də belə olub, indi də belədir, çünki erməni millətçiliyinin mahiyyəti dəyişməz qalıb”.

Bəli, ekspertin söylədiyi kimi, Ermənistan diz çöküb imzaladığı üçtərəfli bəyanatın müddəalarını icra etməlidir, başqa siyasi-hərbi yol da yoxdur.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN