Ermənilər sakitləşmək istəmir. Görünür, 44 günlük müharibədə aldıqları zərbədən dərs götürməyiblər.

Yaxud da bu zərbələr kifayət etməyib. Belə ki, dünən avqustun 9-da saat 17:10-dan 17:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Düşmən vurnuxmadadır. Amma bilir ki, mənasız hərəkətlərdir. Dünya işğalçının kimliyini gördü, özü də öz gözləri ilə. Ayıblarına kor olub susmaq əvəzinə belə təxribatlarla baş qatmaq yalnız erməni toplumunun işi ola bilər. Azərbaycan isə Qarabağı yenidən tikir və qurur...
A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN