Bu gün Mədəniyyət Nazirliyində ictimai Şuraya üzvlər seçilib...
Tezadlar.az-a daxil olan məlumata görə, mədəniyyət nazirinin müavini Murad Hüseynov öz qaynanasını Mədəniyyət Nazirliyində İctimai Şuraya üzv secdirib.
Bu barədə artıq sosial mediada da paylaşımlar edilir.
Bu məsələ qınaq obyekti kimi müzakirə olunur. Axı bir adamın ki, qaynanası İctimai Şuranın üzvüdürsə... Qanunvericiliyin tələblərinə görə, nazirliyin rəhbərliyi bu şuraya hesabat verməlidir. İndi belə çıxır ki, nazir müavini öz qaynanasına hesabat verəcək???
Gülməlidir. Prezident Fərmanı və ölkə rəhbərinin iradəsi ilə yaradılmış İctimai Şuranı niyə qeyri-ciddi formata sürükləyirlər?
A.Məmmədli