ABŞ-ın keçmiş prezidenti Donald Tramp 200 min dollar girov müqabilində azadlığa buraxılıb.

Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Bildirilir ki, Tramp həbsxanada 20 dəqiqədən bir qədər çox vaxt keçirib və orada lazımi prosedurdan sonra 200 min dollar girov müqabilində sərbəst buraxılıb. Telekanalın məlumatına görə, Donald Tramp həbsxana sənədlərində #P01135809 məhbus kimi qeyd olunub. Verdiyi müsahibədə Tramp həbsxanada olmağı dəhşətli və çox kədərli bir təcrübə kimi qiymətləndirib.
 19:51:49Tramp Corciya ştatında 2020-ci il prezident seçkilərinin nəticələrini dəyişməyə cəhdlə bağlı ondan çox ittiham irəli sürülüb. Ona qarşı bu il dördüncü dəfə cinayət işi qaldırılıb.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN