...Prezident Sərəncamı ilə Dövlət Büdcəsindən ayrılmış vəsait hesabına tikilmiş 3- cü bina ilə bağlı mübahisələr bitib- tükənmir...

Bəziləri deyir ki, axı niyə məhz jurnalistlərə pulsuz mənzil verilməlidir??? Maraqlı sualdır. Lakin problem ondadır ki, Prezident mədəniyyət işçilərinə, Prezident təqaüdçülərinə, alimlərə, hakimlərə, məmurlara... da mənzil verir. Lakin o məsələdə razıyam ki, bəli, vaxtilə jurnalistlər binasından mənzil alanların ən azı 70 faizi saxta yolla, yəni peşəkar, məhsuldar jurnalist olmadan bu mükafatı alıblar. Ümumiyyətlə, jurnalistikanı yolundan sapdırdılar... Şəxsi niyyətlər bu hala gətirdi. Media siyasəti düzgün qurulmadı. İndi buna çalışılır, amma problem dərindir... Əli Həsənovun politikası bu idi ki, bir balaca müxaliflik edənlərin şəxsi həyatını gizli kameralarla çəkib rüsvay siyasəti davam etdirilsin. İndi xaricdə oturub Azərbaycanın əleyhinə danışanların əksəriyyəti bu cür cəzalandırılanlardır. Mən bir dəfə yazmışdım və bəziləri bunu tərsinə anladı, demişdim ki, məsələn, ingilis dilli jurnalist Xədicə İsmayılın şəxsi həyatını gizli çəkməkdənsə, ona da başqaları kimi diqqət ayırmaq olmazdımı? Bu o demək deyil ki, Xədicənin məqsədi diqqət görmək idi. Amma insaf da yaxşıdır... Jurnalistikadan xəbərsiz yaltaqlar mənzil alır, orden- medal alır, qəzetinə ildə 200-300 min manat yardım qapazlayır, kirayədə qalan Xədicəni isə gözümçıxdıya salmaq yolverilməzdir... O vaxt hökuməti tənqid edənlər indi xaricdən Azərbaycanı söyür. Bu lazım idimi? Ölkə jurnalistlərindən kiminsə xarici mediada hansısa yazısı dərc edilibmi və ya edilirmi? Sual budur. Daxili auditoriyaya hamıya məlum olanı çatdırmaq jurnalistika deyil. Onsuz da TV və ya radiolar bunu çatdırır... Sitatın sonu!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN