“”Azərbaycanın Milli Qəhrəmanı” adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə Surət Davud oğlu Hüseynov “Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilsin.”
Bu cümlə Prezident Heydər Əliyevin 30 oktyabr 1994-cü il tarixli Fərmanındandır (No: 236). Lakin bu yaxınlarda dünyasını dəyişmiş Surət Hüseynovun məzar başdaşında isə onu Azərbaycanın Milli Qəhrəmanı kimi təqdim ediblər.
Sosial mediada da bu barədə çoxsaylı şərhlər və mövqelər yazılır... Əməkdar jurnalist Azər Həsrət də öz statusunda yazır: "...Göründüyü kimi, 4 iyun 1993-cü il qiyamını təşkil edərək Azərbaycan dövlətinə arxadan zərbə vurmuş Surət Hüseynov (döyüşən ordunu Qarabağdan çəkib Bakının üzərinə yürütmüşdü) o tarixdən etibarən Azərbaycanın Milli Qəhrəmanı deyil! Amma adamın qəbrinin üstünə Milli Qəhrəman olduğu yazılıb! Buna dözmək olmaz və dövlət baba bir zəhmət çəksin, o qəbir daşının üzərindəki gərəksiz ifadələrin yığışdırılmasına göstəriş versin. Bu yazı həm də Ulu öndər Heydər Əliyevə qarşı saymazlıqdır!".
Əlavə şərhə eytiyac varmı???
SƏBUHİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN