Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatı səhnəsi yekunlaşmaqdadır...
Tezadlar.az bildirir ki, Qarabağda vəziyyətin pisləşməsi fonunda bu dəqiqələrdə Ermənistanda etiraz fəallığı artır. "Sputnik Ermənistan" xəbər verir ki, nümayişçilər Yerevanın Tiqran Mets prospektini bağlayıb və baş nazir Nikol Paşinyanın istefasını tələb edən şüarlar səsləndiriblər. Eyni zamanda, Paşinyan özü də dövlət çevrilişinə çağırışların yolverilməzliyi barədə xəbərdarlıq edərək, hakimiyyətin bu cür hərəkətlərə qanun çərçivəsində cavab verəcəyini qeyd edib.
Bundan əvvəl Paşinyan bildirmişdi ki, İrəvan Qarabağdakı vəziyyətlə bağlı Bakı ilə hərbi əməliyyatlara başlamaq niyyətində deyil. Baş nazir Dağlıq Qarabağ ərazisində Ermənistan Silahlı Qüvvələrinin olmadığını da vurğulamışdır...
A.Məmmədli