...Lemkin adına Soyqırımı Cinayətlərinin Qarşısının Alınması İnstitutu 7 noyabr 2023-cü il tarixində "meşəli qatili" Vaqif Xaçatryan barəsində çıxarılmış 15 il müddətinə azadlıqdan məhrumetmə hökmünü pisləyən bəyanat yayıb...
Tanınmış QHT rəhbəri Sahib Məmmədov bu məsələyə maraqlı mövqe sərgiləyib... S.Məmmədov deyir: "...Soyqırım cinayəti törətməkdə təqsirləndirlən şəxslə bağlı çıxarılan hökmü soyqırımı cinayətlərinin qarşısının alınması uğrunda mübarizə aparan bir təşkilatın pisləməsi nə deməkdir? Bəs onda soyqırımlara qarşı necə mübarizə aparır bu "təsisat"? ".
sahib-mm
Bəs "Təqsirləndirlən Vaqif Xaçaturyana münasibətdə hökm qüvvəyə mindiyi halda onun əfv olunması və ya ona verilən cəzalara aid maddələrə amnistiya aktının tətbiqi mümkündürmü?", -sualına S.Məmmədov belə cavab verib: "...Vaqif Xaçaturyan barədə birinci instansiya məhkəməsi tərəfindən 15 il cəza verilməsi ilə bağlı hökm verildi. Amma o hələ qüvvəyə minməyib. Bununla belə hökm qüvvəyə mindiyi halda ona həm əfv tətbiq edilə bilməz, həm də ona şamil olunan maddələrə amnistiya aktı tətbiq edilməsi mümkünsüzdür. Xaçatruyan iki qrup müharibə cinayəti törətməkdə ittiham olunur. Soyqırım (CM 103) və deportasiya (insanlıq əleyhinə cinayət-CM 107). Bu maddələrə amnistiya aktının tətbiqi praktikasi yoxdur. Həmçinin Azərbaycanda bununla bağlı ayrıca qanun var. Doğrudur, əfv müstəsna səlahiyyətdir. Amma dünya paraktikasında belə cinayətlər üçün tətbiq halı yoxdur. 24 fevral 1994-cü il tarixində qüvvəyə minmiş 793 nömrəli “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunuda göstərilir ki, “1990-cı il yanvarın 19—20-də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında amnistiya aktlarının tətbiq olunması qadağan edilsin".
Beləliklə, Ermənistanda bəziləri Vaqif Xaçaturyan üçün göz yaşı tökür... Amma onlar bu göz yaşını gərək idi 31 il əvvəl-Xaçaturyan Meşəli kəndində mülki əhalimizə qarşı amansız cinayətlər törədəndə axıdaydılar... İndi belə göz yaşlarına heç Xamaturyan özü də inanmır. Çünki əməlləri sübuta yetirilib...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN