"Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu sosial mediada da fəalldır... 

O, bu dəfə bəzi yazıçıların bostanına lap iri "daş" atıb... A.Rəşidoğlu özünün sosial media platformasında yazır: "... Əkrəm - Anar savaşı ədəbiyyat savaşı deyil, qərəz və post savaşıdır, 32 ildir davam edir... Flora - İlhamə savaşı kimi bir şeydir, hansısa biri daha tez öləcək, amma qeybət bitməyəcək. Anara qarşı çıxanlar da, Əkrəmə qarşı çıxanlar da ədəbiyyata xidmət etmir, cılız intiqaların piyadalarıdır. Anar tarixdə qalacaq - "Dantenin yubuleyi"nin müəllifi olduğuna görə həmişə oxunacaq. Əkrəm də dilinə görə oxyunacaq. Amma onların savaşı ədəbiyyata tüpürməkdir. Azərbaycan ədəbiyyatının nəhəng simaları olub - İsmayıl Şıxlı, Muğanna, Yusif Səmədoğlu...  Azərbaycan ədəbiyyatının Çingiz Hüseynov kimi əfsanəsi var. Çingiz Abdullayeva "zir-zibil" deyənlərin də ədəbiyyata dəxli yoxdur, gündəmə gəlirlər, məşhurlaşırlar, ədəbiyyata xidmət etmirlər. Seymur Baycanın, Kəramətin də ədəbiyyata dəxli yoxdur. Müasir yazıçıları oxumaq istəyirsiniz? Pərviz Cəbrayılın "Yad dildə" əsərini oxuyun. Dikstaturanın təsviri. Diktator və demokratın, İlahi qüvvə ilə İblisin eyni bədəndə təcəllisini necə təsvir etdiyinə şahid olun... Niyə Pərviz Cəbrayıl yox, Kəraməti, yaxud Çingiz Abdullayeva "zibil" deyəni oxuyursunuz? Daha əlçatan mövzudur ona görə?!".

Hələki "bostanına daş atılan"ların Azər Rəşidoğluna cavabı yoxdur... Amma vəziyyət ki belədir, deməli, cavabsız qalmayacaq...

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN