Artıq bu gündən Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılır.

Tezadlar.az Azərbaycan MSK- nın rəsmi saytına istinadla bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib. Qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minib.
 Qeyd edək ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılır. MSK-nın dekabrın 8-də keçirilən iclasında isə seçkilərin 2024-cü il fevralın 7-də təyin olunması haqqında qərar qəbul edilib.

Bəs prezidentliyə kimlər namizəd ola biləcək? Təbii ki, Azərbaycanda seçicilərin mütləq və öyük çoxluğu hazırkı Prezident İlham Əliyevin yenidən seçilməsinə səs verməyə hazırdır. Lakin qanunvericilikdə alternativsiz seçki mümkünsüz sayılır vı ona görə də namizədlər olmalıdır. 

Bəs kimlər cəsarət edib tarixi Zəfər qələbəmizin banisi olan İlham Əliyevlə prezident seçkilərində yarışa girmək istəyəcək? Yəqinki qısa zamanda bu adlar bəlli olacaq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN