Dünya təzadlarla doludur... Bir tərəfdə ac- yalavaclar, digər tərəfdə super varlılar...

Məsələn. 2023- cü ildə dünyanın ən zəngin ailəsi 305 milyard dollar sərvətlə BƏƏ-nin hakim sülaləsi Əl-Nahyan olub. Tezadlar.az CNN- ə istinadla bildirir ki, bu barədə “Bloomberg” məlumat dərc edib. Reytinqdə ikinci yeri “Walmart” mağazalar şəbəkəsinin təsisçisi Sem Uoltonun ailəsi tutub ki, onların sərvəti 259,7 milyar dollar təşkil edib. Üçüncü yerdə 150,9 milyard dollar sərvətlə “Hermes” lüks brendinin sahibləri olan Hermes ailəsi qərarlaşıb. Dördüncü yeri 141,9 milyard dollarla “Mars” ailəsi qazanıb.
 Dünyanın ən zəngin ailələrinin ilk beşliyini Qətərdə hakim şeyxlər və əmirlər sülaləsi olan Əl-Tani ailəsi bağlayıb ki, onların sərvəti 133 milyard təşkil edib. Qeyd olunub ki, bəzi ailələrin sərvətinin artmasına onların neft sektorunda iştirakı səbəb olub.
 Ümumilikdə dünyanın 25 ən varlı ailəsi bir il ərzində 1,5 trilyon dollar daha çox pul qazanıb ki, bu da 2022-ci ildə ən zəngin ailələrin sərvətindən 43 faiz çoxdur.

Maraqlıdır, bu qədər sərvətlə nə etmək olar? Ən maraqlısı, göründüyü kimi, ən çox sərvətə malik ailələr müsəlmanlara məxsusdur... Müsəlman ölkələrində isə ac- yalavaclar yetərincədir. Allaha ibadət edib ətrafındakı aclara necə dözmək olar axı?! BƏS Allah belə ayrı- seçkiliyi necə götürür???

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN