Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun baş direktoru Kərim Şükürov institutun elmi əməkdaşı Günel Aslanlının tezadlar.az saytındakı açıqlamasına cavab göndərib...
Redaksiya "Media haqqında" Qanunun tələblərinə uyğun olaraq K.Şükürovun cavab haqqını tanıyır və aşağıda təqdim edir:
""Tarix institutunda qalmaqal" yazısına cavab:
1.Ən adi jurnalist etikasına əməl olunmadan hazırlanmış, bilərəkdən mənim şəklim ilə müşayət olunan bu yazı həqiqəti əks etdirmir, 1937-ci il ab-havasına uyğun olaraq, siyasiləşdirilmişdir ki, mənə daha çox zərbə dəysin.
2.Yazının birtərəfli qaydada hazırlanması sübut edir ki, onu hazırlayanlar qəsdi-qərəzlik mövqeyi tutmuş, mənim və rəhbərlik etdiyim institutun işgüzar nüfuzuna ciddi zərbə vurmuşdur.
3.Səkkiz ay bundan əvvəl baş vermiş bir hadisənin bu gün baş verilməsi kimi təqdim edilməsi qeyri-professional yanaşmadır və onu hazırlayanların subyektiv maraqlarına uyğundur.
4."Qalamaqal" və "təxribat" kimi təqdim edilən hadisəyə gəldikdə, bu məsələ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində obyektiv araşdırılmış və 11.01.2024-cü ildə müvafiq qərar qəbul edilmişdir. (Həmin qərarın surətini təqdim edirəm.) Qərarda, bu hadisəyə dəqiq hüquqi qiymət verilmişdir. Qərardan aydın olur ki, G.Aslanlının bütün iddiaları rədd edilmişdir. Yazını hazırlayanlar isə jurnalistikaının tələblərinin əleyhinə gedərək, məhkəmə qərarı ilə tanış olmadan, bu şəxsin iddialarını ictimailəşdirmək yolu ilə ona dəstək təşkil etməyə çalışmışdır.
5.Mənim və rəhbərlik etdiyim institutun işgüzar nüfuzuna ciddi zərbə vurulduğu üçün Kütləvi İnforamasiya Haqqında qanuna uyğun olaraq, təkzib verilməlidir.
6.Bu tələb yerinə yetirilmədiyi təqdirdə qanuna müvafiq qaydada addımlar atılacaq, digər dəlil-sübutlar onda təqdim olunacaqdır.
Kərim Şükürov,
baş direktor
18 yanvar 2024-cü il"