Nəhayət, necə deyərlər, dəlidən doğru xəbər...

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan aliliyi milli hüquqdan üstün olan sülh müqaviləsinin Azərbaycanla razılaşdırılmış mühüm maddəsi haqda ilk dəfə bildirib. Tezadlar.az "Sputnik Armeniya"ya istinadla xatırladır ki, o, "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin mətnində tərəflərin razılaşdırdığı maddə var ki, Bakı və Yerevan iki dövlət arasında sülh müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə mane ola biləcək öz milli qanunvericiliklərinə istinad edə bilməzlər", deyə Ermənistan deputatlarına bildirib. Paşinyan deyib ki, bu maddə təkcə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün yox, həm də müqavilənin mətninin beynəlxalq hüquqa və onun ölkəsinin yeni şəraitdə xarici aləm ilə münasibətlərinə uyğunlaşdırılması üçün lazımdır. Sitat: "Çünki dünyada hər şey bu Konstitusiyanın qəbul edildiyi dövrdə olduğu kimi deyil".

 "Bu maddə Ermənistanın ratifikasiya etdiyi beynəlxalq müqavilələrin aliliyi haqqında Vyana Konvensiyasının tələbini təkrarlayır. Konvensiyanın 27-ci maddəsində deyilir ki, iştirakçı beynəlxalq müqavilənin yerinə yetirilməməsinə bəraət qazandırmaq  üçün öz daxili qanunvericiliyinin müddəalarına istinad edə bilməz". Deputat Gegam Manukyanın sözlərinə görə isə, Paşinyan maddəni hələlik gizli olan sənədin mətnindən açıqlayıb və bu maddə Azərbaycanın tələbilə qəbul edilib. Hansı ki, müzakirə olunan maddə Ermənistanın istənilən digər rəhbərliyinin Ermənistan SSR Ali Sovetinin 1991-ci il Alma-Ata bəyannaməsinə qəbul etdiyi bəndlərə sonrakı istinadlarının mümkünlüyünü istisna edir. Bəndlər faktiki olaraq Azərbaycanın sərhədlərini Dağlıq Qarabağsız tanıyır, Dağlıq Qarabağ Ermənistanla birləşmiş ərazi kimi qəbul edilir. Buna baxmayaraq, Azərbaycan tələb edib və Ermənistan erməni tərəfdən belə cəhdlərin neytrallaşdırılması üçün əlavə alət qəbul edib.

ilham-pas

Yerevanın da Azərbaycan Konstitusiyasına dair sözü var. Ermənistanda deyirlər ki, "...AR Konstitusiyası üçüncü respublikanın ərazisi daha böyük olan və sərhədləri Azərbaycan SSR sərhədlərilə üst-üstə düşməyən Azərbaycan Xalq Cümhuriyyətinin (birinci-1918-1920) hüquqi varisi olduğunu bəyan edir. Azərbaycanda hakimiyyət Ermənistanın tələbilə qanunları və Konstitusiyanı dəyişmək niyyətində deyil".

 Fevralın 1-də Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoyarsa,  konstitusiya və digər normativ- hüquqi sənədlərə dəyişiklik edərsə, iki ölkə arasında sülhə nail olmaq mümkün olacaq. Onun sözlərinə görə, Ermənistanın müstəqillik bəyannaməsində Qarabağın Ermənistanla birləşməsi haqda birbaşa qeyd var və bu, Azərbaycanın ərazi bütövlüyünü pozur, Ermənistan Konstitusiyası isə əsas sənəd kimi Ermənistanın müstəqillik bəyannaməsinə istinad edir.

Beləliklə, Ermənistan hakimiyyəti artıq bəzi mətləbləri anlayır, amma bu hələ çox azdır. Anlamaq yox, indi buna həm də riayət etmək zamanıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN