Avropa Şurası Parlament Assambleyasında (AŞPA) islamofobiya görünməmiş həddə çatıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməkdən imtina etməsini şərh edərkən deyib.

Zaxarova bu ilin yanvar ayında AŞPA üzvlərindən ibarət "təşəbbüs qrupu"nun Azərbaycan Respublikası Milli Məclisinin nümayəndələrinin səlahiyyətlərini qəbul etmədiyini xatırladıb.

"Bizim fikrimizcə, hazırda AŞPA-nın etdiyi hər şey siyasiləşdirilib. Biz hamımız AŞPA-da baş verən ikili standartların, təkəbbürün və islamofobiyanın adekvat qiymətləndirilməsinə ehtiyac duyuruq. Hərçənd onlar xristianlıq dəyərlərinə də hücum edirlər, AŞPA-da islamofobiya görünməmiş həddə çatıb. Bu artıq sadəcə ədəbsizlikdir", - o deyib.

Xatırladaq ki, yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan Respublikasının nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməyib.

AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

 

trend

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN