Bölgədə gərginliyin son həddə çatması artıq heç kimə sirr deyil...

belə ki, Birləşmiş Ştatlar və İsrail İrandan mümkün hücum xəbərləri ilə əlaqədar hərbçilərini yüksək hazırlıq vəziyyətinə salıb. Tezadlar.az CNN-Türk-ə istinadla xatırladır ki, bu barədə "The New York Times" mənbələrə istinadən yazıb. Jurnalistlərin məlumatına görə, ABŞ və İsrail qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Bundan əlavə, İsrail Silahlı Qüvvələri döyüş hissələrinin buraxılmasını ləğv edib. Bundan əlavə, onlar ehtiyatda olan bəzi əsgərləri hava hücumundan müdafiə bölmələrinə çağırıb, GPS siqnallarını bloklayıblar. İranın da iki rəsmisi nəşrə bildirib ki, İslam Respublikasında silahlı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətindədir.

"Ən qısa zamanda hər şey dəyişə bilər",- deyə nəşr yazıb. Rusiya mediası da hərbu mənbəələrə istinadla həyəcanlı xəbərlər yazmaqdadır...
A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN