Rəsmi Kiyev ABŞ-da seçki prosesinin girovuna çevrilməsi barədə bəyanatla çıxış edib...
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ukrayna prezidenti Volodimir Zelenski Ukraynaya dəstək məsələsinin ABŞ üçün daxili siyasi məsələyə çevrildiyini deyib. Sitat: "Amerika yardımına gəlincə, bu, istənilən halda mühüm əhəmiyyət kəsb edir. Mən hələ də ABŞ Konqresindən müsbət səs ala biləcəyimizə inanıram. Təəssüf ki, biz girovdayıq, çünki bu, seçki prosesidir, bunlar ABŞ-da seçkilərdir. Buna baxmayaraq, inanıram, işləyirəm və ümid edirəm ki, o şurlu düşüncə yenə də qalib gələcək”.
Zelenski bildirib ki, yardımın ayrılması üçün müxtəlif variantlar nəzərdən keçirilir, o cümlədən yardımın Kiyevə kredit formasında təqdim edilməsi: “Bilirsiniz, bu yaxınlarda bir senator mənə dedi: “Pulu kredit kimi almağa razılaşarsınızmı? Məsələn, sizə desələr ki, ya pul kreditdir, ya da almayacaqsan”. Cavab verdim: “Gəlin açıq danışaq, istənilən variantla razılaşacağıq”.
Beləliklə, ABŞ Ukraynanın siyasi rəhbərliyindən Rusiyaya təsir və təzyiq vasitəsi, eləcə də özünün strateji məqsədləri üçün istifadə etməkdədir. Dünyanın gözü qarşısında baş verən siyasi- hərbi proseslər bunu deməyə əsas verir. Ukrayna- Rusiya cəbhəsində isə müharibə davam edir... Avropanın bəzi ölkələri isə belə bir müharibə ocaöını indi də Azərbaycanla sərhədə yaxınlaşdırmaqdadır... Yenə də məqsəd Ukraynada müharibə aparan Rusiyanın başını indi də Qafqaz cəbhəsində qatmaqdır...
A.Məmmədli