Tbilisinin Boçormi küçəsində yerləşən atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətindən məlumat verilib. Bildirilib ki, xəsarət almış daha 4 nəfərdən biri reanimasiya şöbəsinə, digər 3 nəfər isə Yanıq Mərkəzinə yerləşdirilib.
Məlumat üçün bildirək ki, bu gün səhər saatlarında Tbilisinin Boçormi küçəsində yerləşən atıcılıq mərkəzində güclü partlayış baş verib, partlayışın səbəbləri barədə hələlik rəsmi məlumat verilməyib.
Gürcüstan DİN araşdırma aparır və hadisədə terror əlamətlərinin olub- olmaması öyrənilir.
A.Məmmədli