Bir müddətdir sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

Tezadlar.az xatırladır ki, Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu barədə məlumat verilib.

Görülən əməliyyat tədbirləri ilı 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov və 2003-cü il təvəllüdlü, “Miri” ləqəbli Mirnamiq Mirələmzadə saxlanılıblar. Müvafiq qərarla Ə.Məhərrəmov 20, M.Mirələmzadə 30 sutka inzibati qaydada həbs edilib. DİN-dən bildirilib ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Tövbə olacaqmı bəzilərinə?! BU HƏLƏ HARASIDIR! SAXTA ELEKTRON POÇT ÜNVANLARI YARADIB BƏZİ ÜNVANLARA SÖYÜŞ, TƏHQİR VƏ TƏHDİD DOLU MƏKTUBLAR YAZANLAR DA VAR. ONLARA QARŞI DA SƏRT TƏDBİRLƏR GÖRÜLÜR...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN