"Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni danışıqlar masası arxasında həll ediblər - dəyişiklik bütün istiqamətlərdə öz təsirini göstərməlidir".

Tezadlar.az Ermənistan KİV- lərinə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə müsahibəsində bildirib. O, deyib: "Mən baş verənləri çox şərh etmək istəmirəm, lakin baş verənləri də kiçiltmək istəmirəm. Çünki qeyd etmək çox vacibdir ki, Ermənistan və Azərbaycan ilk dəfə olaraq məsələni danışıqlar masası arxasında həll ediblər". Həmçinin Ermənistanın baş naziri rus sərhədçilərinin Tavuş bölgəsini tərk edəcəyini təsdiqləyib: “Rusiya bazaları orada yaranmış vəziyyətə görə yerləşdirilmişdi və indi baş verənlər, əlbəttə ki, vəziyyətin mühüm dəyişikliyini ifadə edir və bu dəyişiklik bütün istiqamətlərdə öz təsirini göstərməlidir”, - deyə Ermənistanın baş naziri bildirib. Nikol Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycanın sərhəd mühafizə xidmətlərinin rəhbərləri artıq təmasa başlayıblar.

İki gün əvvəl Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası üzrə dövlət komissiyalarının iclası keçirilib və bu iclasda tərəflər Ermənistanın işğalında olan 4 kəndi Azərbaycana qaytarması barədə razılığa gəliblər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN