Bütün mübahisələrdən sonra, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollarlıq yardım paketinin transferini təsdiqləyib.

Tezadlar.az CNN- ə istinadla bildirir  ki, 311 konqresmen qanun layihəsinin qəbulunu dəstəkləyib, 112 nəfər isə əleyhinə səs verib. Qanunun qəbulu konqresmenlər tərəfindən alqışlarla qarşılanıb. Paket indi ABŞ Konqresinin yuxarı palatası olan Senata fevral ayında qəbul edilmiş ABŞ beynəlxalq yardımı haqqında Senatın HR.815 saylı qanun layihəsinə düzəlişlər ilə birlikdə baxılmaq üçün göndərilir. ABŞ prezidenti Co Bayden Nümayəndələr Palatasının Ukrayna və digər ABŞ tərəfdaşları üçün yardım paketinin qəbulunu alqışlayıb və qeyd edib ki, Ukraynaya yardım paketinin qəbul edilməsi Amerika rəhbərliyinin açıq siqnaldır. Bayden qanun layihəsini tez bir zamanda imzalayacağına söz verib.

Rusiyanın Ukraynaya qarşı ədalətsiz müharibəsi isə davam edir. Sülh və barış üçün isə bütün yollar bağlı görünür... Müharibə itkiləri isə hər gün artmaqdadır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN