Baş nazir İrakli Kobaxidze ölkə Prezidenti Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanununa veto qoyaraq müzakirə üçün bütün imkanları bağladığını deyib.
Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, baş nazir hökumətin iclasında qeyd belə deyib. Baş nazir bildirib ki, Gürcüstanın tərəfdaşları veto prosedurlarını mövqelərin uzlaşdırılması üçün istifadə etmək niyyətində olub, lakin Zurabişvili qanunu kobud surətdə veto edərək sağlam müzakirələr üçün bütün imkanları bağlayıb. Kobaxidze əlavə edib ki, Gürcüstanda keçirilən sosial sorğuların nəticəsinə görə, ölkə əhalisinin 60%-dən çoxu qanun qəbul edilməsini dəstəkləyir.
Xatırladaq ki, Prezident Salome Zurabişvili mayın 18-də mübahisəli qanun layihəsinə veto qoyub. Bundan başqa o, Fransa Prezidenti Emmanuel Makrona etirazlar fonunda Gürcüstana gəlməsi üçün müraciət edib. Bu da maraqlı siyasi məqamlardan xəbər verir.