Bu ilin sonuna qədər Ağdam Sənaye Parkında daha 6 müəssisə fəaliyyətə başlayacaq.

Tezadlar.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov bildirib. Sitat: "Parkda 27 müəssisə qeydiyyatdan keçib ki, bunun da 21-i rezident, 6-sı isə qeyri-rezident statusludur. Onların layihələrinin ümumi dəyəri 195,5 milyon manatdır. Bu il artıq 1 müəssisə fəaliyyətə başlayıb, 6müəssisənin isə açılışı gözlənilir. Eyni zamanda daha 10 müraciət üzərində iş gedir. Onların da 6-sı rezident statusu almaq üzrədir".

Xatırladaq ki, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkı işğaldan azad edilmiş ərazilərin biznes potensialının reallaşdırılması, qeyri-neft sektorunun inkişafı, məşğulluq səviyyəsinin yüksəldilməsi və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda 7 sənaye parkı, 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Sənaye zonalarında rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. İşğaldan azad edilmiş ərazilərdəki Ağdam və Araz Vadisi sənaye parklarında isə əlavə güzəştlər də tətbiq edilir. Bunlara əsasən - xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 % endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən azadolma aiddir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN