Dostlar, xüsusən də Bakının yollarına diqqət kəsilən yol polisi inspektorları və yol nişanlarının tənzimlənməsinə cavabdehlər: aşağıdakı fotoda küçənin adı bəlli deyil, amma təsvir edirəm: Yasamaldakı ASAN Xidmətdən dairəvi yol istiqamətinə gedəndə (ABŞ səfirliyi əməkdaşlarının villaları deyilən ərazi, "Qanlı Göl"ün bir səmti, "Zefir MALL" ticarət Mərkəzinin qarşısı və s.) yoldakı işıqforda belə bir mənzərə var: sola dönmə işarəsi olanda düzünə yolda qırmızı işıq yanır! Hamı dayanır... Getmək olmaz! Amma şəkildən də gördüyünüqz kimi, sağda daş hasardır. Sual verir sürücülər: sola dönmə olanda, sağda daş hasardırsa və ümumiyyətlə, sağdan yola çıxış qapalıdırsa, eləcə də həmin anda dairəvi yola sol tərəfdən dönmə hərəkəti yoxdursa (yolun üzərindəki nişanlanmalardan aydın görünür), niyə düzünə hərəkət olmaz? Axı bu cür alayarımçıqlıq dairəvi yola çıxışda ciddi süni tıxac yaradır... Çünki qarşıda Yeni Yasamala Dairəvi yoldan güclü avtomobil axını var, eləcə də əks tərəfə... Qeyd edilən (fotodakı) yoldan Dairəvi yola çıxmaq üçün isə süni tıxac yaradılır, qəza şəraiti qaçılmaz olur. 
Beləcə, bu tapmacanın cavabını kim verə bilər??? Yaxud, bu anlaşılmazlığı və ya uyğunsuzluğu kim aradan qaldırmalıdır???
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN