Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi iyunun 8-də Rusiyanın Həştərxan vilayətindəki “Axtubinsk” aerodromunda Su-57-nin vurulduğunu açıqlayıb.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Belə ki,  2024-cü il iyunun 8-də RF-nin Həştərxan vilayətinin “Axtubinsk” aerodromunun ərazisində, döyüş xəttindən 589 kilometr aralıda işğalçı dövlətin Su-57 çoxməqsədli qırıcısı vurulub. Və peyk görüntülərindən iyunun 7-də Su-57-nin bütöv şəkildə dayandığı və artıq növbəti gündə onun yaxınlığında partlayış çuxurları və atəş nəticəsində yaranmış yanğına xas izlər ortaya çıxıb. Eyni zamanda, kəşfiyyatçılar vurulmuş obyektin Rusiyanın yeni nəsil qırıcısı olduğuna da diqqət çəkiblər: “Su-57 Moskvanın ən müasir qırıcısıdır, zərbələr üçün X-59 və X-69 raketlərindən istifadə edə bilir”.

Xatırladaq ki, ötən gün Rusiya Müdafiə Nazirliyi adıçəkilən vilayətin səmasında “üç PUA-nın zərərsizləşdirildiyini” bildirmişdir.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN