...Oxudum və kədərləndim. Bir alimin ölümündən böyük hansı itki ola bilər? Səbzəli Cavadov xaricdə vəfat edib. 64 yaşında. 1993-2003-cü illərdə Azad Mirzəcanzadə epoxasının Ali Attestasiya Komissiyasının sədr müavini olub. Tibb Universitetinin professoru, Tibb elmləri doktoru olub. Böyük Britaniya Kral Cəmiyyətinin üzvü seçilib. 2009-cu ildən ABŞ Puerto-Riko Universitetinin Tibb fakultəsinin professoru və labaratoriya direktoru olub. Onun Hirşa indeksi 50-dir, elmi əsərlərinə 9 min dəfədən çox istinad edilmişdir. Patentləri, elmi məqalələri nə qədər desən. Ruhu şad olsun.
Amerikada uğurlu, Azərbaycanda uğursuz bir azərbaycanlıdan söhbət gedir.
Şübhəsiz ki, Səbzəli müəllimin elmi əsərlərinə istinad edənlərin 95 faizi heç azərbaycanlı deyil. Qəribədir ki, bu torpaq uğursuz Səbzəli ilə yanaşı həm də uğurlu meyxana ustası Baləli yetişdirir. Əslində adlar meyxana qafiyyəsinə uyğun gəldiyinə görə belə bir müqayisəyə yönəlmiş oldum. Ötən gün təsadüfən qarşıma çıxdı ki, Baləlinin Trendyolun açılışına təşrif gətirdiyi və böyük qələbəlik yaradan milli selfiçəkdirən azərbaycanlıların sevgi görməmişliyindən qorumaların köməyi ilə qurtulduğu videoçarxı 1 milyon 999 min soydaşımız izləyib və bunların 900 mini rəy yazaraq öz sevgisini izhar edib. Bu o deməkdir ki, 1 milyon 999 min soydaşımız Baləlinin şifahi yaradıcılığına istinad edib. İstinad sayında Səbzəli açıq-aşkar Baləliyə uduzur. Sadəcə bir məqam düşündürücüdür: ABŞ-da uğurlu insan Səbzəli, Azərbaycanda isə Baləli obrazında göz önünə gəlir. Səbzəli müəllimə rəhmət, Baləli müəllimə də can sağlığı!
Fazil Mustafa,
millət vəkili
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN