Gürcüstanın baş naziri ötən gün maraqlı çıxışı ilə yadda qalıb...
"Bizim strateji, səbirli siyasətimiz var və əminik ki, bizim siyasətimizlə son nəticədə Gürcüstanın arzusunu həyata keçirmək mümkün olacaq və Gürcüstan vahid və tam dövlət olacaq”,- deyən baş nazir İrakli Kobaxidze Berlində Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli qəbulda çıxışı zamanı deyib həm də qeyd edib ki, son dörd il dövlətçiliyin inkişafında xüsusilə çətin zaman olub: “Bu dörd il ərzində biz sülhün nə qədər vacib olduğunu, dövlət müstəqilliyinin, dövlət suverenliyinin nə qədər vacib olduğunu daha da hiss etdik. Bu dörd il ərzində biz sülhü qorumaq, dövlət müstəqilliyimizi, suverenliyimizi təmin etmək üçün çoxlu döyüşlərdən keçmişik və bu döyüş son nəticədə çox uğurlu olmuşdur. Əminəm ki, biz gələcəkdə də düzgün istiqamətdə möhkəm gedəcək, müstəqilliyimizi, suverenliyimizi bundan sonra da möhkəmləndirəcək, ölkəmizdə əmin-amanlığı qoruyub saxlayacağıq ki, bu da Gürcüstanın inkişafı üçün zəruri şərtdir. Bizim arzularımız var və əsas arzu təbii ki, ölkəmizin birləşməsidir və bu mənada Almaniyada bu mövzudan danışmağımız simvolikdir. Almaniya səbirlə öz ölkənizi necə tamamlaya biləcəyinizin simvoludur. Almaniya birləşməyi, inteqrasiyanı on illər səbirlə gözlədi və nəhayət, 1989-cu ildə almanlar bu arzuya çatdılar. Bizim həm də çox mühüm milli vəzifəmiz var, o da Avropa İttifaqına daxil olmaqdır. Bizim 2030-cu ilə qədər Gürcüstanı Avropa İttifaqına üzv etmək kimi iddialı hədəfimiz var. Bu gün bu tədbirdə uşaqlarımız Aİ-nin himnini gözəl şəkildə ifa etdilər və mən əminəm ki, bu uşaqların gələcəyi Aİ-dədir. Bu uşaqlar mütləq Avropa Birliyində yaşayacaqlar, bu uşaqlar Avropa Birliyinin üzvü olan birləşmiş Gürcüstanda yaşayacaqlar və bu, çox tezliklə baş verəcək".
Mərasim maraqlı çıxışlarla davam edib...