Ötən gecə qrup mərhələsinin üçüncü oyununda Gürcüstan Portuqaliya yığmasını 2:0 hesabı ilə məğlub edib.

Tezadlar.az xəbər verir ki, bu nəticə ilə Gürcüstan millisi 4 xal toplayıb və 1/8 finala yüksəlib. Matçın ilk qolunu matçın başlamasından sonra ikinci dəqiqədə Xviça Kvaratsxeliya, ikinci qolu isə ikinci hissədə Giorgi Mikoutadze penalti ilə vurub.

Qeyd edək ki, iyunun 30-da Gürcüstan 1/8 finalda İspaniya ilə qarşılaşacaq. Ötən günkü yarışı ölkənin prezidenti və digər rəsmi şıxslər izləyib. Portuqaliya üzərindəki bu qələbə futbol tarixində əsl şok yaşadıb... Komanda sonadək əzmlə oynadı və hətta dünyanın futbol ulduzu Ronaldo belə bu oyunda bir qol belə vura bilmədi, əksinə, özü sarı vərəqə aldı...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN