Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır.
Bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Tezadlar.az xatırladır ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər. Müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 61 minə yaxın namizəd dəvət olunub. İmtahanlar iyulun 10-dək davam edəcək.
Bütün bunlar onu deməyə əsas verir ki, heç də universitet bitirib diplom almaq müəllim olmaq demək deyil. Niyə Sovetlər dönəmində institutu bitirənlərə dərhal təyinat verib bölgələrə belə göndərərdilər ki, get, artıq müəllimsən! Və bu məzunlar yetərincə müəllim savadına malik olardılar. İndi isə hər şey tərsinədir- sərtdir, bilik və təcrübə zəifdir...
A.Məmmədli