YAP bu gün Mərkəzi Seçki Qərargahı yaradacaq...
Tezadlar.az xəbər verir ki, bu Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib. İclasda eyni zamanda, növbədənkənar parlament seçkiləri ilə bağlı cari məsələlər müzakirə ediləcək.
Xatırladırıq ki, Azərbaycanda parlament özü özünü buraxıb və növbədənkənar seçkilər keçiriləcək. İndiyədək faydalı iş əmsalı gözlənilənlərdən fərqli olaraq sıfıra bərabər çoxsaylı lal, kar və kor deputatlar vardı. Nəhayət, belələrindən can qurtarmağın məqamı gəldi...
YAP hər il parlamentdə ən çox sayda deputatlarla təmsil olunub.
A.Məmmədli