...Sözün həqiqi mənasında ekologiyanın Vətəni bütün dünyadır.

Yəni, Yer planetində ekoloji tarazlıq pozularsa, bütün dövlətlər, xakqlar, insanlar onun ziyanını görür. Azərbaycanda, xüsusilə Prezident İlham Əliyevin diqqət və təşəbbüsü ilə ekologiyaya aid mühüm kəsb edən qanun və sərəncamlar imzalanmışdır. Buna misal olaraq “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunları misal göstərə bilərik. COP-29 tədbiri Paris Sazişinin yerinə yetirilməsi və qlobal istiləşməni 1,50 C ilə məhdudlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan paytaxtına 80 mindən çox adam gələcək və dünyanın ürəyi Bakıda döyünəcək. Dünya liderləri, iqlim üzrə mütəxəssislər iqlim dəyişikliyinin azaldılması ilə bağlı strategiyaları müzakirə edəcəklər.

Prezident İlham Əliyev 2010-cu ili “Ekologiya ili”, 2024-cü ili isə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Respublikamızın ekoloji vəziyyətinə əsaslanaraq, “Yaşıl enerji”yə keçidin Azərbaycan modelinin formalaşacağını vurğulayıb. nab prezidentin çıxışından aydın olur ki, Azərbaycan həm bərpaolunan, həm də bərpaolunmayan enerji potensialına malikdir, onlardan səmərəli istifadə etmək lazımdır.

5

Hazırda respublikamızın meşələrində 440 min yabanı ağac və kol bitir. Onun 70 növü endemikdir, yəni, nadir ağac və koldur. Hesablamlamalar nəticəsində aydın olmuşdur ki, bir hektar meşə sahəsi “bioloji süzgəc” rolu oynamaqla, 200 min kub metrə qədər havanı təmizləyə bilir. Heç kəsə sirr deyil ki, elmi-texniki tərəqqinin sürətli inkişafı, zavod və fabriklərdə çirkli qazların atmosferə buraxılması, avtomobillərin tüstü borularından yayılan qazların havanı çirkləndirməsi sürətlənmişdir. Hazırda dünyanın bütün ölkələrində təbii fəlakətlər baş verir, zəlzələlər, qasırğalar, güclü lüysan yağışları, vulkan püskürmələri baş verməkdədir. XIX əsrdə yaşayan alim F.Engels demişdir: “Biz təbiət üzərində qələbələrimizlə çox da öyünməyək. Təbiət hər bir qələbə üçün bizdən qisas alacaqdır”. Böyük təbiətşünas –alim H.B.Zərdabi isə öz fikrini belə ifadə etmişdir: Havanın pak olması həyat, xarab olması ölümdür”.

Müasir dövrümüzdə təbiətin mühafizəsi dünya əhəmiyyətli problemlərdən biridir. Təbiətdə bitki və heyvanların sayı getdikcə azalır, hava, su, torpaq müxtəlif tullantılarla çirklənir. Təbiətə vurulan ağır zərbə insanın özü üçün ağır bəlaya çevrilir. Insan sağlamlığı, onun həyatı təhlükə qarşısında qalır. Akademik Həsən Əliyev necə də gözəl demişdir: toya, yasa yubanmaq olar, təbiətə yubanmaq, yaşamağa yubanmaqdır. Təbiəti qoruyub saxlamaq, nəinki bizim üçün, eləcə də gələcək nəsillərimiz üçün mühüm həyati məsələdir. Məhz, COP-29 mötəbər tədbirinin təşkili bu problemlərin həllinə yönəldilmişdir.

Səadət SULTAN,

araşdırmaçı- jurnalist, tərcüməçi

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN