...Bu gün Azərbaycan Milli Mətbuatının günüdür...
149 yaşı tamam olan və Həsən bəy Zərdabi tərəfindən bünövrəsi qoyulan, bu günə gəlib çatan mətbuatımızın rəsmi günüdür. Bütün həmkarlarımızı təbrik edirik, yeni dəyərli yaradıcılıq uğurları arzulayırıq.
Təbii ki, bu gün Həsən bəy Zərdabi sağ olsaydı, bəzi məsələlərə görə bizi danlayardı, amma zamana bürün, ellə sürün, -məsəlini yadına salıb bəlkə də çox da dərinə getməzdi... Dünya belə qurulub, belə də yol gedir... Əsas odur ki, biz jurnalistlər yaradıcılıqda öz yolumuzu gedək!
Bu arada "Təzadlar"a Türkiyədən, Almaniyadan, Rusiya və Ukraynadan, Qazaxıstandan, Hollandiyadan, İsvecrədən, Qırğızıstandan, Mari El Respublikasından, ABŞ-dan, həmçinin Azərbaycandan çoxsaylı təbriklər gəlməkdədir.
Hər kəsə- bizi sayan, xatırlayan və izləyən dəyərli insanlara, böyük ziyalılara dərin təşəkkürümüzü bildiririk.
Elbar ŞİRİNOV