Xəbər verdiyimiz kimi, Avropa Mətbuat Federasiyasının üzvü, Türkiyənin tanınmış 4 saytının köşə yazarı, "Təzadlar" qəzetinin təsisçisi Asif Mərzili (Məmmədov) Ağdam 119 saylı Seçki Dairəsindən namizədliyini irəli sürmüşdür...
Həmin dairədən YAP namizədi olsa da, maraqlıdır ki, iyirmi ildən çoxdur Ağdam 118 saylı (şəhər) dairədən deputat olmuş Bəxtiyar Əliyev bu dəfə 119 saylı Ağdam (kənd) Seçki Dairəsindən namizədliyini irəli sürmüşdür.
Qafazinfo.az araşadırarkən məlum olmuşdur ki, B.Əliyev uzun illərdir Ağdam 118 saylı kənd seçki Dairəsindən deputat olmuşdur. Amma indi əksinə, B.Əliyev bu dəfə 119 saylı kənd Seçki Dairəsindən deputat olmaq fikrinə düşmüşdür. Seçicilər arasında isə artıq onun namizədliyi ilə bağlı narazılıq başlamışdır.
Qafqazinfo.az araşdırmışdır ki, B.Əliyev uzun illərdir bu rayondan deputatdır. Və hazırda həmin dairədən jurnalist Asif Mərzili də deputatlığa namizəddir.
SƏBUHİ