ABŞ Prezidenti Cozef Bayden xalqa müraciət edib.

Tezadlar.az CNN- ə istinadla bildirir ki, Amerika liderinin oval kabinetdə çıxışı canlı yayımlanıb. Bayden ilk növbədə həmvətənlərini prezident seçkilərində ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləməyə çağırıb. Sitat: "Mən öz seçimimi etdim, indi seçim sizindir - Amerika xalqı". O, Harrisi təcrübəli, güclü və bacarıqlı siyasətçi adlandırıb. ABŞ Prezidenti çıxışında İsrailin Qəzza zolağındakı əməliyyatını yekunlaşdırmaq niyyətində olduğunu bildirib: "Mən Qəzzada müharibəni dayandırmaq, bütün girovları evinə qaytarmaq, Yaxın Şərqə sülh və əmin-amanlıq gətirmək üçün işləməyə davam edəcəyəm". Amerika lideri həmvətənlərinə müraciətdə Ukraynaya dəstək olan dövlətlərin koalisiyasının qorunub saxlayacağına ümidvar olduğunu deyib. “Biz NATO-nu gücləndirməkdə davam edəcəyik və mən onu tariximizin bütün dövrlərindən daha güclü edəcəyəm”.

Digər namizəd Tramp isə Baydenin qeyri- demokratik üsullarla seçkidən kənarlaşdırıldığını bəyan edib, xalqın ona səs verəcəyinə inamını ifadə edib.

Y.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN