Sabiq nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovun deputatlığa namizədliyi saxtakarlığa görə ləğv edilib.

Bu məsələ Mərkəzi Seçki Komissiyasının dünənki iclasında müzakirə edilib. Bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bildirib. Belə ki,  94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş sabiq deputat Elton Məmmədovun deputatlığa namizədliyinin təsdiqlənməsinin ləğv edilməsilə bağlı bir qrup seçicinin müraciətinə baxılıb. Qabil Orucov bildirib ki, bir çox çatışmazlıq, o cümlədən bir sıra əmlak barədə məlumatlar Dairə Seçki Komissiyasına düzgün, tam təqdim edilməyib: “Biz burada məlumatların saxtalaşdırılması faktını çox aydın formada görürük. Məsələn, Bakıda sahəsi böyük olan mənzillər, qeyri-yaşayış sahələri göstərilməyib. Bu məlumatların gizlədilməsi saxtakarlıqdır. Eyni zamanda məsuliyyətə səbəb olur. Digər tərəfdən, şəxsi gəlirləri ilə bağlı araşdırma aparılarkən Elton Məmmədovun sahibkar kimi əldə etdiyi gəlirləri gizlətdiyi də üzə çıxıb. Həm əmlaklar, həm də gəlirlər barədə məlumatlar gizlədilib”.

Qeyd edilib ki, Elton Məmmədovun namizədliyinin qeydə alınması üçün təqdim edilmiş imza vərəqlərindəki imzalar yenidən yoxlanılıb. İmzaların əksəriyyətinin saxta olduğu üzə çıxıb. Məsələ səsverməyə çıxarılıb, Dairə Seçki Komissiyasının Elton Məmmədovun deputatlığa namizədliyinin təsdiqlənməsi barədə qərarı ləğv olunub.

Qeyd edək ki, Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Bir neçə  Milli Məclisin deputatı seçilib.

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN