"Həssas qrupdan olan qadınlara ödənişsiz hüquqi yardım layihəmiz davam edir..." Tanınmış vəkil Araz Nurməmmədov "Təzadlar"a açıqlamasında bu humanitar aksiya ilə bağlı bunları dedi: "“Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həssas qrupdan olan qadınların hüquqi müdafiəsi” adlı layihəsini icra edir. Biz bölgələrdə də olur, həssas qrupdan olan qadınlarla görüşür, onları dinləyir və hüquqi yardım göstərir, problemlərinin həllinə dəstək veririk... Layihədən faydalanmaq istəyən şəxslər facebook (pulsuz hüquqi xidmət) və instagram (pulsuz huquqi xidmət) sosial şəbəkələri vasitəsilə və ya qaynar xətt formatında yaradılmış (050) 794-34-80 whatsApp / mobil nömrə və ya layihə rəhbəri Sevil Allahverdiyeva ilə (050) 611-84-50 vasitəsilə əlaqə yarada bilərlər.
Layihə 31.08.2024-cü ilə qədər davam edəcək".
Elbar ŞİRİNOV