Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya ElmlərAkademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun 

Sankt-PeterburqunЮридический центрnəşriyyatı tərəfindənОправданиенаказания. Исторические, религиозные, философские, социологические аспекты” (“Cəzanın bəraəti. Tarixi, dini, fəlsəfi, sosioloji aspektlər”) adlı yeni kitabı çapdan çıxıb.

 Əsər  cinayət cəzasının fəlsəfəsi və sosiologiyasına, yəni retributiv və utilitarist mühakimələrə həsr edilib. Mühakimələrin birinci növü sırf fəlsəfi xarakter daşıyır. Burada söhbət  cəzanın  cəmiyyətin cinayətə  yeganə düzgün  və  zəruri reaksiyası kimi əsaslandırılmasından gedir. Mühakimələrin ikinci növü sosiologiyaya söykənir, çünki  cinayətkarlıqla mübarizədə bu tədbirin  faydalılığı (səmərəliliyi) tədqiq olunur. Kitabda həmçinin cəzaya bəraət qazandırılmasının tarixi və dini əsasları da nəzərdən keçirilir.  Kitabın rəyçiləri hüquq elmləri doktoru, professor Y.B.Qoliq və hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının Əməkdar elm xadimi A.İ.Korobayevdir. 

Kitab geniş oxucu kütləsi, hüquqşünaslar, filosoflar və müxtəlif dinlərin nümayəndələri üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, kitabla maraqlananlar Lev Tolstoy küçəsi, 191 ünvanında yerləşən “Hüquq ədəbiyyatı” mağazasından əldə edə bilərlər.

Y.Məmmədli

81b1e9bb-ccae-4458-9b52-9300f9ae26dd

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN