Venera buludlarında mümkün həyat əlamətinin tapılması mübahisələrə səbəb olub.
Tezadlar.az CNN-ə istinadla bildirir ki, indi alimlər deyirlər ki, əllərində daha çox dəlil vardır... Belə ki, 4 il əvvəl Veneranın buludlarında gözlənilmədən Yerdəki həyatın əlaməti olan fosfin qazının kəşfi mübahisələrə səbəb olmuşdu və onun tapıntılarının təsdiqləməsi sonrakı müşahidələrin tədqiqinə əsas olmuşdu.
"İndi həmin kəşfin arxasında duran eyni komanda, ilk dəfə iyulun 17-də İngiltərənin Hull şəhərində Kral Astronomiya Cəmiyyətinin iclasında təqdim edilmiş yeni müşahidələrlə diqqəti bu məsələyə cəlb edib. Onlar sonda bir və ya bir neçə elmi araşdırmanın əsasını təşkil edəcək bu işə artıq başlayıblar...", -nəşr yazır.
Tədqiqatçıların fikrincə, əldə edilən məlumatlar, ən yaxın planet olan qonşumuz Veneranın buludlarında fosfinin olmasına daha da güclü sübutlar təqdim edir. Bəzən Yerin əkizləri adlanan bu planet ölçü baxımından Yerə bənzəyir, lakin qurğuşunu və kaustik sulfat turşusu buludlarını əridə bilən səth temperaturlarına malikdir.
Niyə Venera Yer kimi deyil? İş müşahidələr üçün istifadə edilən alətlərdən biri olan Havayda Ceyms Klerk Maksvell Teleskopu üzərində yeni qəbuledicinin quraşdırılmasından bəhrələnib və komandaya öz tapıntılarına daha çox inam qazandırıb. London İmperial Kollecində astrofizika müəllimi Dave Clements "Məlumatların özündə də daha çox şey var" deyib. Sitat: "Biz üç müşahidə kampaniyası keçirdik və yalnız bir əməliyyatda ilkin aşkarlamadan 140 dəfə çox məlumat qazandıq...”, o əlavə edib. "Və indiyə qədər əldə etdiklərimiz göstərir ki, Venerada yenidən fosfin aşkarlanıb.", -alim əlavə edib.
Klementsin də daxil olduğu ayrı bir qrup isə Venerada başqa bir qazın, ammonyakın sübutunu təqdim edib. "Bu, yəqin ki, fosfinin kəşfindən daha əhəmiyyətlidir... Biz tam əmin deyilik, lakin Venerada fosfin istehsal edən həyat varsa, onun necə istehsal edildiyi barədə isə hələki heç bir elmi rəyimiz yoxdur. Bununla belə, Venerada ammonyak istehsal edən həyat varsa, onun ammiakla nəfəs almasının nə üçün lazım ola biləcəyi barədə maraqlı bir fikrimiz var...".
Demək, həyat Venerada da var...
A.Məmmədli