Ötən gecə saatlarında Rusiya Federasiyası Ukrayna ərazisinə kütləvi hücum həyata keçirib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna rəsmi dairələri məlumat yayıb. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Ukraynaya genişmiqyaslı işğalın başlanmasından bəri ən böyük hücumu həyata keçirib. Məlumata əsasən, Rusiyanın həyata keçirdiyi hücum nəticəsində 7 nəfər ölüb, 47 nəfər yaralanıb. Kütləvi hücum zamanı Rusiya qüvvələri ümumilikdə 127 raket və 109 pilotsuz uçan aparatdan istifadə edib, onlardan 102 raket və 99 pilotsuz təyyarə Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.

Döyüşlər davam edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN