"ABŞ oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi vəziyyətdən son dərəcə narazıdır və ölkədə “rəngli inqilab” hazırlayır".
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Bildirilir ki, “Tiflis Maydanı”nda səsvermə zamanı “saxtakarlıq sübutları”nın dərc edilməsi, seçkilərin nəticələrinin tanınmadığını elan etmək və hakimiyyət dəyişikliyini tələb etmək planlaşdırılır. Etirazları zorla yatırmaq üçün hüquq-mühafizə orqanları təhrik ediləcək. Məlumatda qeyd olunur ki, ABŞ hakim “Gürcü arzusu”nun seçki mövqeyini mümkün qədər zəiflətmək üçün ölkə hakimiyyətinə təzyiqləri ciddi şəkildə artırmağı planlaşdırır.