Beləliklə, MSK-nın ilkin məlumatına görə, Azərbaycan parlamentinin yeni tərkibinə əvvəlki deputatların və dövlət məmurlarının övladları və qohumları olan bir qrup şəxs daxil olub:
Günay Əfəndiyeva - baş nazirin keçmiş müavini Elçin Əfəndiyevin qızı;
Günay Ağamalı - keçmiş deputat Fəzail Ağamalının qızı;
Tənzilə Rüstəmxanlı - keçmiş deputat Sabir Rüstəmxanlının həyat yoldaşı;
Samir Vəliyev - keçmiş deputat Əhməd Vəliyevin oğlu;
Pərvanə Vəliyeva - xarici işlər nazirinin müavini Elnur Vəliyevin həyat yoldaşı;
Nigar Məmmədova - keçmiş ədliyyə naziri Fikrət Məmmədovun qızı;
Mahir Süleymanov - Milli Məclisin keçmiş deputatı Tahir Süleymanovun oğlu;
Fariz İsmayılzadə - keçmiş deputat Hadi Rəcəblinin bacısı oğlu.
Politoloq Nəsimi Məmmədli bildirib ki, seçkilərin ilkin nəticələrinə görə, 88 nəfər əvvəlki tərkibdən qalır. 37 nəfər yeni deputatdır. Bu 37 nəfərin 7 nəfəri əvvəllər də deputat olub. Otuz nəfər tamamilə yeni simalardır. "25 nəfər yeni şəxsin adını Google axtarış sistemi üzərindən belə tapa bilmədim ki, bu adamlar nə işlə məşğul olub", deyə Məmmədli qeyd edib.
(TURAN)