Saakaşvilinin təsis etdiyi partiyanın başı üzərində qara buludlar dolaşmaqdadır...

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Baş nazir İrakli Kobaxidze eks prezident Mixeil Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” partiyasının ləğvini təklif edib. Baş nazir “İmedi” telekanalına müsahibəsində bu barədə deyib. Kobaxidze 1945-ci ildə Almaniyada Adolf Hitlerin rəhbəri olduğu Nasional Sosialist Alman Fəhlə Partiyasının nümunəsinin M. Saakaşvilinin siyasi təşkilatına da tətbiq olunmasını istəyib. Sitat: “Adolf Hitlerin partiyası 1945-ci ildən sonra siyasi səhnədə qalsaydı, parlamentdə cəmi 15-20 faiz səs toplayacaqdı. Almanlar isə vaxtında bu siyasi təşkilatdan xilas oldular. Biz də “Vahid Milli Hərəkat” Partiyasını ləğv etməliyik”.

Kobaxidze onu da bildirib ki, Saakaşvili hakimiyyətə qayıtsa, Gürcüstanın Avropa İttifaqına üzvlük perspektivi sıradan çıxacaq.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN