Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyur...
Belə ki, Böyük Britaniya hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynaya əlavə 650 çoxməqsədli “Martlet” raketi verəcək. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Birləşmiş Krallığın Müdafiə Nazirliyi bu barədə bəyanat yayıb. Sitat: "Ukraynaya ömək üçün 160 milyon funt-sterlinqdən (210 milyon dollar) çox dəyəri olan yeni yardım paketi sentyabrın 6-da ABŞ-nin Almaniyadakı Ramşteyn aviabazasında Ukraynaya hərbi yardım üzrə Qərb Əlaqə Qrupunun iclasından əvvəl elan edilib. İlin sonuna qədər “Martlet” raketlərinin əlavə partiyasının Londondan Kiyevə daşınacağı gözlənilir. Bu Rusiyanın hava hücumlarının qarşısını almağa kömək edəcək".