Ötən gün oktyabrın 13-də “Hizbullah”ın pilotsuz uçuş aparatının (PUA) İsrailin şimalındakı Binyamina yaşayış məntəqəsi yaxınlığındakı hərbi bazaya zərbəsi nəticəsində dörd İsrail hərbçisi öldürülüb.

İsrailin "Sputnik" portalı yazırki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bu barədə məlumat yayıb. Məlumatda deyilir: “Bazar günü (13 oktyabr – red.) “Hizbullah” terror təşkilatı tərəfindən buraxılmış pilotsuz uçuş aparatı Binyaminaya bitişik hərbi bazaya zərbə endirib. Hadisə nəticəsində dörd əsgər həlak olub, daha yeddi nəfər ciddi yaralanıb”.

Tezadlar.az bildirir ki, İsrailin ordu rəhbərliyi isə Hizbullahın bu hücumuna sərt cavab tədbiri görüləcəyini bəyan edib. Beləliklə, ara yenidən qızışıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN