Çin Xalq Azadlıq Ordusu (ÇXAO) Tayvan ətrafında “Birgə qılınc – 2024B” təlimlərinə başlayıb, adanı mühasirəyə alıb...

Tezadlar.az  "Reuters"-ə istinadla bildirir ki, Çinin Şərq Döyüş Komandanlığı Zonası bu barədə bəyanat da yayıb. Sitat: “Təlimlər həmçinin Tayvan müstəqillik qüvvələrinin separatçı fəaliyyətlərinə qarşı ciddi xəbərdarlıq rolunu oynayır. Bu, dövlət suverenliyini və milli birliyi qorumaq üçün qanuni və zəruri bir tədbirdir”.  Tayvan Müdafiə Nazirliyi isə artıq Çinin “irrasional və təxribatçı hərəkətlərini” pisləyib və adanın Çin qoşunları tərəfindən faktiki mühasirəyə alınması ilə əlaqədar öz silahlı qüvvələrinin yerləşdirilməsini elan edib. Ötən həftə Milli Gün bayramında prezident Lay Sindenin Pekinin Tayvanı təmsil etmək hüququnun olmadığını vurğulamasından sonra ada yüksək hazırlıq vəziyyətindədir. Onun nitqi Çin hakimiyyəti tərəfindən pislənib. 
Xatırladırıq ki, Çin rəsmiləri dəfələrlə qeyd ediblər ki, Pekin Tayvanı üsyankar əyalət hesab edir və lazım gələrsə, hərbi güc vasitəsilə Çinin tərkibinə qaytarılmalıdır. Ada iqtidarı 1949-cu ildə vətəndaş müharibəsinin bitməsindən sonra materik Çindən müstəqilliyini elan edib, lakin Tayvanı suveren dövlət kimi təxminən 10 ölkə tanıyır və əməkdaşlıq edir.

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN