...Gürcüstanda Saakaşvili qalmaqalı davam edir...

İndi məlum olur ki, Mixeil Saakaşvili dövlət sərhədini sentyabrın 29-da keçib. Bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Məlumatda qeyd olunub ki, Saakaşvilini gətirməkdə ittiham olunan ata və oğul onu öz avtomobilləri ilə Sameqrelo bölgəsinə bir kəndə aparıblar. Sameqrelodan bir müddət sonra isə Saakaşvili Tbilisiyə yollanıb və Elquca Tsomaya adlı vətəndaşın mənzilində məskunlaşıb. Eks prezident okyabrın 1-də elə həmin ünvanda saxlanılıb. Məlumata görə, saxlanılan şəxslər Poti şəhərinin sakinləridir və limanda çalışıblar. Onlar cinayəti gizlətməkdə ittiham olunur və hər birini 5 ilədək həbs cəzası gözləyir.

Belə çıxır ki, Saakaşvili Gürcüstana təyyarə ilə gəlməyib, fotosurətini yaydığı təyyarə bileti isə diqqəti ondan yayındırmaq məqsədi daşıyıb...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN