Dünən noyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Anar Məmmədlinin həbsindən verdiyi şikayətinə baxılıb. 

Onun vəkili Cavad Cavadovun Turan-a deyib ki,  A.Məmmədli ilkin həbs müddətinin uzadılmasının əsassız olduğunu bildirib və cinayət təqibini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirib. C.Cavadov, həmçinin Məmmədlinin səhhətinin pisləşməkdə davam etdiyini və adekvat tibbi yardımın olmadığını bildirib. Bununla belə, Apellyasiya Məhkəməsi Məmmədlinin həbs müddətinin uzadılması haqqında qərarı qüvvədə saxlayıb.

  Anar Məmmədli aprelin 29-da saxlanılıb, aprelin 30-da isə CM-in 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Noyabrın 20-də məhkəmə Məmmədlinin həbs müddətini 3 ay uzadıb.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN