Hər gün deyilir, yazılır və tənqid olunur ki, AYNA-nın nəqliyyatın sıx olduğu ərazilərdə necə gəldi parklama yaratması Bakıda süni tıxaclara bais olmaqdadır...

Bu da az deyilmiş kimi, AYNA əməkdaşları paytaxt yollarını genişləndirmədən Bakı üçün ənənəvi olmayan velosiped üçün də bir zolaq yaradıb yenidən süni tıxaclara rəvac verməkdədir. Təkcə Xocalı prospektinə nəzər salmaq yetər ki, həmişə tıxaclı bu 4 zolaqlı yolun hazırda yalnız bir zolağı sürücülərə saxlanılıb. Bəzən isə tıxacın uzunluğu uzandıqca artmaqda davam edir, tədbir də görülmür.

"Təzadlar"ın əməkdaşları belə yersiz parklama və velosipedləşdirmə siyasətinin tətbiq olunduğu ərazilərə daim diqqət yetirir. Bu gün AYNA-nın yersiz parklama yaratdığı Sabit Orucov küçəsində, sanki "utandığından" əyilərək baş götürüb getmək istəyən bir parklama lövhəsi fotokameramızın diqqətindən yayınmadı...

ELBAR 

ayna-1-2

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN