MTK-ların vətəndaşların etibarından sui-istifadə ilə alıb-aldatması, bir mənzili bir neçə şəxsə satması artıq adiləşib...

"Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin sədri Hüseyn Əsgərov da belə yol tutmuşdu. Onun cinayət işi üzrə məhkəmə prosesi artıq başa çatıb. Tezadlar.az xatırladır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Hüseyn Əsgərov 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

***

 Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işinə əsasən, Hüseyn Əsgərovun həmin vəzifədə işləyərkən “Birlik-İnşaat” MMC tərəfindən inşa edilən yaşayış binasındakı satılmış mənzilləri saxta sənədlərin tərtib edilməsi yolu ilə başqa şəxslərə sataraq ümumilikdə 166 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Hüseyn Əsgərova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Bu da dələduzluğun sonu: Hüseyn Əsgərovun 12 il 8 ay həbsxana və ya təcridxana küncündə bu əməli niyə törətməsi ətrafında suallara cavab axtarmaq imkanı olacaq. Amma bu müddət onun azadlığının itirilməsi hesabına başa gələcək.

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN